Bakıda qaçırılan avtomobil tapıldı: oğruların inanılmaz üsulu VİDEO


Digərləri 14 Okt 2018 21:02:00 285 0

Bakıda qaçırılan avtomobil tapıldı: oğruların inanılmaz üsulu  VİDEO

Bir neçə gün əvvəl nəsimi rayonu ərazisindən qaçırılan avtomobil binəqədi rayonundan tapılıb.Zərərçəkmişin sözlərinə görə, cinayətkarlar maşının xarici görünüşündə xeyli dəyişiklik ediblər. Onlar 1996-ci il istehsalı olan avtomobili elə düzəldiblər ki, güya 98-ci il istehsalıdır. Bu hadisə avtomobildə edilən dəyşiklik məsələsini gündəmə gətirib.

6 gün əvvəl Bakıda oğurlanan avtomobil tapılıb.

Hadisə oktyabrn 8-də gecə saatlarında Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib. Zərərçəkmiş Hüseyn Quliyev ərazi üzrə 19-cu polis şöbəsinə məlumat verib ki, avtomobili yaşadığı binanın həyətindən oğurlanıb.

Hadisə yerinə baxış keçirən əməliyyatçılar müəyyən ediblər ki, naməlum şəxs və ya şəxslər avtomobilin şüşəsini qıraraq oğurlayıblar. Hadisədən bir neçə gün sonra polis oğurlanan maşını Binəqədi rayonu ərazisində tapıb. Avtomobil sahibinin sözlərinə görə, cinayətkarlar maşının xarici görünüşündə xeyli dəyişiklik ediblər.

1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılıb. Bundan da belə qənaətə gəlmək olar ki, cinayətkarlar avtomobili baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıblar. Hazırda polis həmin cinayəti törədən şəxslərin axtarışını aparır.

Bu hadisə isə avtomobilin detallarının dəyişdirilərək bir qədər təzə model etmə məsələsini gündəmə gətirir. Ustalar deyir ki, bir neçə detalı dəyişməklə avtomobilin ilini təzə etmək mümkündür və burda qanuna zidd əməl yoxdur.

Ustanın sadaladıqları detalları avtomobilin arxa hissəsində də etmək olar. Arxa stop işıqlarını və banperini dəyişməklə avtomobilin ilini təzə gsötərmək mümkündür. Bəs avtomobildə edilən bu cür dəyşiklikləri necə aşkar etmək olar?


Xəbərə aid video