Pak cənazəsi ətrafı xoş ətirə bürüyən qara dərili Kərbəla şəhidi


Digərləri 14 Okt 2018 20:45:00 306 0

Pak cənazəsi ətrafı xoş ətirə bürüyən qara dərili Kərbəla şəhidi

Mütəal Allah, Qurani Kərimdə buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır (imanlı və əxlaqlı).

İsalmın əsas prinsiplərindən biri insanlar arasında irqinə, cinsinə, milli mənsubuyyətinə fərq qoymadan ədalətə riayət etməkdir. İslam dini ideoloji bir məktəb olaraq insanlar arasında ədalətlə rəftar etməyi, hər növ milli, irqi təəssübkeşlikdən uzaq olmağı, insanları zahiri görünüşünə görə xor görməməyi öyrədir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, insana dəyər qazandıran, onu dünya və axirətdə səadətə çatdıran iman və əxlaqdır. İnsanın əməlləri isə imanın, Allaha bağlılığın təzahürü, göstəricisidir. Deyə bilərik ki, Kərbəla vaqiəsi bir əməl olaraq bütün bu keyfiyyətləri özündə cəm edən eşq məktəbidir. Bu məktəb dilindən, dinindən, irqindən aslı olmayaraq, qəlbində zərrəcə imanı olan kər kəsi özünə cəzb edir.

Bu cazibəyə müsbət reaksiya şəxslərdən biri də Cəun ibn Huvadır. Cəunun  Əhli beytə (ə) olan bağlılığı ona İmam Hüseynlə (ə) birgə şəhid olma şərəfini nəsib eylədi.

Cəun Fəzl ibni Abbas ibni Əbdül-Mütəllibin nökəri idi. İmam Əli (ə) onu alıb, Əbuzəri Qəffariyə bağışlamışdı. Əbuzər üçüncü xəlifə tərəfindən Rəbəzəyə sürgün olunanda Cəun da onunla birgə idi. Əbuzər dünyasını dəyişdikdən sonra o, İmam Əlinin (ə) yanına qayıdır və ömrünün sonuna kimi Əhli-Beytdən (ə) ayrılmır.

Cəun silah düzəltməkdə məharətli idi. Aşura gününün axşamında o silahları hazırlayırdı. Aşura günü o da Kərbəlada İmam Hüseynlə (ə) birgə şəhid olur.  Deyilir ki, Cəun Aşura günündə döyüşə yollananda İmam əvvəl ona icazə vermədi. Lakin o İmama (ə) dedi: "Allaha and olsun istəyirəm mənim qanın sənin qanınla qarışsın"