Sizi hər gün 8 saat yatmağa sövq edəcək 5 vacib səbəb


Digərləri 14 Okt 2018 20:35:00 300 0

Sizi hər gün 8 saat yatmağa sövq edəcək 5 vacib səbəb

Sarvaşreş Qupta adlı maliyyə analitiki  həftədə 100 saatlıq iş rejiminə dözməyərək, 1 il sonra işindən ayrılır.  Amma yarım il sonra o yenidən işə qayıdır və gərgin rejimdə çalışır. Bir gün o atasına gecə 2-də zəng edərək, gəlməyəcəyini bildirir, 2 gecədir yatmadığını və təqdimatı bitirməli olduğunu bildirir. Səhərəyaxın  binanın qarşısında ölü tapdılar, o özünü pəncərədən atmışdı.

Son.az medicina.az-a istinadən bildirir ki, bu fakt " Yuxu inqilabı: həyatını bir gecəyə necə dəyişməli" kitabında verilib. Müəllif iddia edir ki, iş rejimi ilə yuxu rejimini düzgün uzlaşdırmaq insanın bütün həyatına təsir edir. Heç bir iş yuxu saatından qiymətli ola bilməz.

Gecəyarıya kimi planşet və telefonda boş keçən saatlar ömrünüzdən, sağlamlığınızdan gedən qiymətli məqamlardır. Əgər 8 saatlıq normal yuxunun bu 5 faydasını yadda saxlasaz, özünüz harda olsaz da özünüzü yatağa çatdırıb yatacaqsız.

1.Beyin təmizlənir

Yuxuda beynin hüceyrələri toksinlərdən təmizlənir. Alimlər sübut edib ki, yuxuda onurğa sütun maye qan sistemindən bütün toksinləri yuyur, Alsmeyger və digər neyrodegenerativ xəstəliklərin qarşısını alır.  Gecə yatmamaq qocalanda yaddaş və əqli pozğunluğa səbəb olur. Çünki beyində beta-amiloid adlı zülal toplanır və  neyronlar arasında əlaqə pozulur.   Gecələr yatmayanlarda, normal yuxu saatı almayanlarda diqqət yayqınlığı, huşsuzluq yaranır, oxuduğu yadında qalmır, iş qabiliyyəti aşağı salır.

2.Dəri cavanlaşır

Məhz gecə yuxuda somatropin adlı toxuma bərpa edən hormon sintez olunur. İnsan yuxuda təzələnir, böyüyür.  Boy hormonu da gecə yuxuda sintez olunur. Ona görə gec yatan, normal yatmayan uşaqlarda boy artımı, sümük böyüməsi zəifləyir. Gecə dəri toxuması bərpa olur. Gec qocalmaq istəyənlər 8-9 saat yuxu almalıdır.

3.Xərçəngə qarşı qalxandır