Donald Tramp müdafiə nazirinin istefasından danışıb


Digərləri 14 Okt 2018 19:49:20 224 0

Donald Tramp müdafiə nazirinin istefasından danışıb

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

Bakı. Tural Turan - ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb. Trend-in məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.