Şəkərli diabet özünü 10 il öncədən göstərir –


Digərləri 14 Okt 2018 19:25:00 271 0

Şəkərli diabet özünü 10 il öncədən göstərir –

Yaxın gələcəkdə diabet xəstələrinin azı 2 dəfə artacağını proqnozlaşdıran Ümumdünya Səhiyyə təşkilatı bu xəstəliklə mübarizə tədbirlərini gücləndirməyi ayrı-ayrı ölkələr qarşısında əsas tələb kimi qoyur.

Bəs insan özü 10-20 il öncədən diabetə doğru getdiyini bilə bilərmi? Hansı əlamətlərə fikir verməlidir? Son.az medicina.az-a istinadən bildirir ki, artıq sübut olunub ki, diabet azı 15 il öncədən siqnallar verir, bu tibbi baxımdan sübut olunub.

Yapon alimlərinin  apardığı araşdırmanın nəticələri Berlində Avropa diabet konfransında təqdim olunub. Tədqiqatşılar 2005-2016-cı ildə 27.000 insanın sağlamlığı barədə məlumatları toplayıb. Bu adamların heç birində diabet xəstəliyi yox idi.

Alimlər əsas diqqəti metobolik markerlərin bu illər ərzində dəyişikliyinə yönəldib: qanda qlükoza, bədən kütləsinin indeksi, insulinə həssaslıq. Müşahidə müddətində 2000 insanda II tip diabet və 5000 insanda preddiabet mərhələsi aşkar olundu.