Şoubiznesin kriminal avtoriteti: vaxtilə dedikləri və etdikləri Manaf Ağayevin ayaqlarına dolaşıb FOTO VİDEO


Şou-biznes 14 Okt 2018 16:54:00 299 0

Şoubiznesin kriminal avtoriteti: vaxtilə dedikləri və etdikləri Manaf Ağayevin ayaqlarına dolaşıb  FOTO  VİDEO

Artıq jurnalistlərlə qurtarmışam. Heç kimə müsahibə verməyəcəyəm. Məni fərqli təqdim edirsiniz, haqqımda yalan yazırsınız.

Son.az bildirir ki, bu ittihamları müğənni Manaf Ağayev Nizami Kino Mərkəzində keçirilən qala gecəsində musavat.com-un əməkdaşı ilə söhbətində səsləndirib. O, artıq mediadan yan gəzdiyini açıqlayıb. Lakin elə gözümüzün qabağında müğənni öz nömrəsini televiziyaların birinin əməkdaşına verərək, onunla əlaqə saxlamasını istəyib.

Məlumat üçün deyək ki, ifaçının mediaya məlum olan nömrəsinə artıq oğlu cavab verir. O, zəng edən jurnalistlərə atasının telefon işlətmədiyini bildirir.

Bu addımı ilə ifaçı ya televiziya jurnalistlərini jurnalist saymır, ya da saytlardan qaçaraq, özünü sığortalayır. Qaranlıq qalan məqam isə odur ki, ifaçı hansı haqla medianı yalançılıqda, qeyri-peşəkarlıqda günahlandırır?!

Hər həftə bir qalmaqalla gündəmə gələn ifaçının özünü sığortalamağa çalışması bəlkə də, normaldır. Çünki gah məhkəmədən səsi gəlir, gah kriminal avtoritet kimi davranır. Gah da oğlunun lüks maşınları, sürət sevgisi ilə saytların manşetini bəzəyir.

İfaçıya indiyə kimi haqqında yayılan xəbərləri xatırlatmaq istəyirik ki, onların da hansında yalan payı olduğunu bizə göstərsin.

Göz ataq, iki il öncəyə. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesində sənətçi qarşımıza çıxdı. Daha sonra musavat.com-a açıqlama verən ifaçı məhkəmədə sözügedən binanın onlara məxsus olduğunu və orada qarajı olduğunu açıqladı. O bildirdi ki, Çovdarovla heç bir əlaqəsi yoxdur. Yəni, bizim vasitəmizləhaqqında yayılan məlumata aydınlıq gətirdi.

Ötən il isə müğənni oğlunun lüks həyatı ilə gündəm oldu. Xəbərdə şou-biznesin məşhur siması Manaf Ağayevin oğlu Müşfiqinbahalı avtomobil həvəskarı olduğu bildirilir. Məlumata görə, sənətçinin övladının qayda pozmaqla və "avtoş"luq etməklə arası "yaxşıdır". Çünki Müşfiq özü polis tərəfindən saxlandığı anın fotosunu sosial şəbəkədə bölüşüb. Müşfiqin paylaşımlarına nəzər salsaq, avtomobilə olan sevgisini gizlətmədiyini və maşınlarla şəkil çəkdirməyin bir növ onun hobbisinə çevrildiyini görərik.

2018-ci ilin yayından bəri müzakirələrə səbəb olan addımlar atan da müğənni özüdür. Kişi məclisində içki içərkən çəkilən videosu səs-küyə səbəb olan müğənni Mətanət Əsədovanın "quyu"sunu qazanlara da həddini Ağayev bildirib. O, videonu yayan şəxsi görüşə çağıraraq diz çökdürüb. Bunu biz demirik, müğənni özü açıqlayıb.