Dünyanın ən iri şirkətlərindən biri Türkiyəni tərk edir


Dünya 14 Okt 2018 13:40:00 229 0

Dünyanın ən iri şirkətlərindən biri Türkiyəni tərk edir

Dünyanın ən iri dəniz limanı operatorlarından sayılan "APM Terminals" şirkəti Türkiyə bazarını tərk edir.

Son.az bildirir ki, virtualaz.org Türkiyədə dərc edilən "Dünya" qəzetinə istinadən xəbər verir ki, 2012-ci ildə bu ölkədə işə başlamış şirkət "Petlim"lə bağlanmış müqaviləyə əsasən, türk şirkətini 28 il ərzində işlətməli idi.

Hollandiyanın "APM Terminals" şirkətinin qərarı ilə bağlı yazıda deyilir: "22 min nəfərə yaxın işçisi olan və dünyanın 50 ölkəsində işləyən "APM Terminals" mənzil-qərargahı Danimarkada yerləşən "AP Moller-Maersk Group"un bir hissəsidir".