Tovuzda ağır qəza:


Digərləri 14 Okt 2018 11:42:00 250 0

Tovuzda ağır qəza:

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində yerləşən yeməkxanaların birinin qarşısında qeydə alınıb.

Avtoqəza nəticəsində rayon sakinləri - Rövşən Məmmədov və onun qohumu, 1996-cı il təvəllüdlü Nizaməddin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.