Qidasında çox şəkər olan uşaqlar daha aqressiv olub, içki və siqaretə başlayır–


Digərləri 13 Okt 2018 23:35:00 331 0

Qidasında çox şəkər olan uşaqlar daha aqressiv olub, içki və siqaretə başlayır–

10-15 yaş arasında uşaqlar içində daha çox şəkər, şirniyyat qəbul edənlər aqressiv olur, dava-dalaş  yaradır, daha tez siqaret çəkməyə başlayır, içkiyə meyilli olur.

Son.az medicina.az-a istinadən bildirir ki, aparılan təcrübə göstərib ki, energetik içki, şirin içki, şirniyyat qəbul edən uşaqlar 3,5 dəfə daha münaqişəyə meyilli olub, digər uşaqlara qarşı təhqirə yol verib, ələ salıblar.

Rasionda qənd, şəkər çox olan uşaqlar 2 dəfə çox davalarda iştirak ediblər. Məsələn, Böyük Britaniyada konfet, şokolad, şirin sular içən məktəblilər 89% daha çox siqaret çəkib, içkiyə başlayıblar.  Onlar digər uşaqları münaqişəyə çəkiblər.