Bu 9 amil


Digərləri 13 Okt 2018 20:48:00 890 0

Bu 9 amil

Xərçəngin inkişafına səbəb olan, bir neçə amil var. Bunlar əsasən səhv qidalanma, kimyəvi şüalanma, günəşin ifrat təsiri, toksik maddələr və genetikadır. Bir çox insan məlumatı olmadığından xərçəng şişlərini inkişaf etdirir.

Son.az publika.az-a istinadən xərçəng riskini artıran səbəblərlə tanış edir:

1. Modifikasiya olunmuş ət və süd məhsulları

Təəssüf ki, müasir dövrdə kənd təsərrüfatı heyvanlarının əti süni hormonlarla doludur.

Bu nə deməkdir?

Dərmanlarla saxlanılan heyvanların ətini yemək bizi depressiyaya, xərçəngə, iltihaba və bir çox digər xəstəliklərə meyilli edir.

2. Mammoqrafiya, rentgen və s.

Məlum olduğu kimi, bu tipli prosedurlar çox radiasiya yayaraq xərçəng yaradır. Bəzən hər hansı xəstəliyin olub-olmadığını müəyyən etmək üçün bu testləri etmək lazımdır. Amma onları nə qədər az etsək, sağlamlığımız üçün daha yaxşı olar.

"British Medical Journal" jurnalında dərc edilən araşdırmaya görə, döş xərçəngi profilaktikasına qarşı mammoqrafiyadan keçmək bəzi qadınlarda şişlərin yaranmasına gətirib çıxara bilər.

3. Alüminli dezodorantlar

Bu tip məhsul süd vəzisi xərçəngi yaradır, ona görə də biz təbii və ya evdə düzəldilən dezodorantlar istifadə etməyi məsləhət görürük.

4. Zəhərli kosmetika

Bilirdiniz ki, kosmetik vasitələrin əksəriyyətinə neftdən əldə olunan maddələr qatılır?

Bu məhsulların dəriyə tətbiqi onunla nəticələnir ki, maddələrin bir çoxu asanlıqla qan dövranına keçir. Nəticədə xərçəng hüceyrələri inkişaf edir. Odur ki, təbii və orqanik kosmetikalar alın.