Rozmarin çayının


Digərləri 13 Okt 2018 20:49:00 294 0

Rozmarin çayının

Rozmarin həm parfum, həm də bir çox sağlamlıq problemlərinin müalicəsində istifadə edilən xoş qoxulu bitkidir.

Son.az publika.az-a istinadən xəbər verir ki, rozmarin çayı ənənəvi olaraq əzələ ağrısını yüngülləşdirmək, yaddaşı yaxşılaşdırmaq, immun və qan dövranı sistemini gücləndirmək üçün istifadə edilir.

Vitaminlər, minerallar və antioksidantlar baxımından zəngin olan rozmarin əsrlərdir ərzaq və dərman kimi istifadə olunur. Nanə ailəsinə məxsus olan bu ətirli bitki və müxtəlif terapiya xüsusiyyətlərinə malikdir. Həzmə kömək edir, zehni açır və beyni inkişaf etdirir. Bundan başqa, qocalma prosesini ləngidən və stressi azaldan fitokimyasallar baxımından zəngindir.

Bədəndəki iltihabı azaldır

Bu şəfalı ədviyyat çox müxtəlif formalarda istifadə edilə bilər. Ən sevdiyiniz salatlara və yeməklərə əlavə edilir. Rozmarin yağı isə həm dəri, həm də saç üçün effektli vasitədir. Çay xüsusilə həzm və qaraciyər sağlamlığı üçün faydalıdır. Mütəmadi olaraq istehlak edildikdə, orqanizmin toksinlərdən xilas olmasına və iltihabların aradan qaldırmasına yardım edir.

Xroniki xəstəliklərə mane olur

Anti-spazmodik xüsusiyyətləri sayəsində rozmarin çayı həzm sisteminin və bağırsaqların fəaliyyətini normaya salıb şişkinliyi azaldır, həmçinin sərbəst radikalları neytrallaşdırır.

Faydalı bağırsaq mikroblarını çoxaldır

Rozmarindəki karnosik turşusu mikrofloranı tarazlaşdırmağa kömək edir və yaxşı bağırsaq bakteriyalarının böyüməsini dəstəkləyir. Nəticədə, həzm sistemi sürətlənəcək və bədən yağlarını daha tez parçalaya biləcək. Bağırsaqların normal fəaliyyəti immun sistemini gücləndirdiyi üçün bədən daha gec-gec xəstələnəcək.

Vitamin anbarı

Rozmarin çayı mükəmməl A vitamini, C vitamini, karotenoidlər, kalium, kalsium, maqnezium və fosfor mənbəyidir. Bədəninin normal işləməsi üçün onun bu qida maddələrinə ehtiyacı var. Rozmarinin tərkibindəki minerallar, elektrolit tarazlığını bərpa etməyə kömək edir və əzələ spazmalarını yüngülləşdirir.

Rozmarin çayının qida dəyəri cədvəli

Mis 301 mq

Pəhriz lif 10 q