Tərəkəmələrin köç həyatı başlayıb VİDEO


Digərləri 13 Okt 2018 19:03:00 205 0

Tərəkəmələrin köç həyatı başlayıb  VİDEO

Tərəkəmələrin köç həyatı başlayıb. Yazda yaylaqlara üz tutan köçərilər indi də qışlaqlara qayıdırlar. Mindən çox heyvanla günlərlə yol gedən çobanlar müxtəlif çətinliklər, maraqlı hadisələrlə də qarşılaşırlar. Köç edənlər münasib yerlərdə dayanıb, həm heyvanlara dinclik verir, həm də özləri istirahət edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Gədəbəy rayonunun dağlarında yaylaqlayan çobanlar mövsümü başa vurublar. Sürülər oktyabr ayının ilk həftəsindən etibarən Kür çayı ətrafındakı qışlaqlara doğru yol alır. Hər gün yaylaqdan bir və ya bir neçə ailə yığışıb qışlağa köç edir. Köçərilər qışlağa çıxana kimi bir neçə yerdə gecələyirlər. Köç vaxtı çobanların ən yaxın köməkçiləri isə at və itlərdir. Bütövlükdə yatağın köçü təxminən beş-altı gün davam edir. Şimal-Qərb bölgəsində də xırdabuynuzlu heyvanların köç prosesi başlayıb. Heyvanlar yaylaqdan Arana köçürülür. Onlar yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr təmizlənir və dezinfeksiya olunur. Buna baytar həkimlər də nəzarət edirlər. Bundan əlavə, çobanlar qışda heyvanları yaxşı bəsləmələri üçün yem və ot tədarükü də görürlər.