Badamdarda baş verən sürüşmə ilə bağlı Qərargah yaradılıb


Digərləri 13 Okt 2018 18:30:00 250 0

Badamdarda baş verən sürüşmə ilə bağlı Qərargah yaradılıb

Badamdar 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, qərargah üzvləri zəruri məlumatların aidiyyəti dövlət orqanlarına ötürülməsini təmin edəcək və vətəndaşların sürüşmə hadisəsi ilə bağlı müraciətlərinə, narahatlıq yaradan sorğularına cavab verəcək.

Mətbuat nümayəndələri isə hadisə ilə əlaqədar son məlumatları almaq üçün birbaşa ETSN-nin mətbuat katibi İradə İbrahimovaya müraciət etsinlər.

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

•Qərargah (012) 502 88 11

•Şahmirzə Səfərov(050)369 98 26

•Əziz Qaralov(050) 368 41 48

•Sadiq Əmiraslanov(055) 455 37 53