Kaşıkçıya görə QərbSəudiyyə Ərəbistanı münasibətləri


Dünya 13 Okt 2018 17:36:00 235 0

Kaşıkçıya görə QərbSəudiyyə Ərəbistanı münasibətləri

İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna girdikdən sonra yoxa çıxan "The Washington Post"nəşrinin əməkdaşı Camal Kaşıkçı böhranı daha da dərinləşib.

Son.az modern.az-a istinadən xəbər verir ki, "Hollywood"dan da məsələyə reaksiya gəlib.

Bu məsələ ilə əlaqədar tanınmış aktyor Cerard Batler Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyada səfərini ləğv edib.

Bundan əvvəl də bir sıra Qərb şirkətləri bu ölkədəki fəaliyyətlərinə bir daha baxmağa başlayıb.

Qərb şirkətlərinin bu  addımı isə karllığı pis vəziyyətdə qoyub. Belə ki, hazırki rəhbərlik ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq məqsədi ilə bu cür şirkətləri ölkəyə cəlb etmək üçün onlara böyük səlahiyyətlər verirdi.