Smartfonlar üçün yeni akkumulyator batareyası təqdim olundu


Digərləri 13 Okt 2018 17:40:00 246 0

Smartfonlar üçün yeni akkumulyator batareyası təqdim olundu

"Huawei" şirkəti smartfonlar üçün dünyada ilk litium-silisium akkumulyator batareyasını təqdim edib. Yeni tip batareya ilə təchiz edilən elektron qurğular enerjini daha tez toplayacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, litium-silisium akkumulyatorlar mövcud sürətli enerjidoldurma texnologiyalarını daha təhlükəsiz və sürətli etməyə imkan verəcək. Bundan başqa, litium və silisium əsaslı akkumulyatorlar çoxlu enerji ilə doldurulma və boşaldılma dövrəsini dəstəkləyəcək - yeni tip batareyaların istismar müddəti daha çox olacaq.