Bakıda 46 saylı sərnişin avtobusunda cibgir saxlanılıb


Digərləri 13 Okt 2018 16:39:00 227 0

Bakıda 46 saylı sərnişin avtobusunda cibgir saxlanılıb

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Bakı. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat, insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.