Şahzadənin toyundakı balaca şahzadələr


Digərləri 13 Okt 2018 12:54:00 306 0

Şahzadənin toyundakı balaca şahzadələr

Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Son.az bildirir ki, kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Toyda qonaqlarla yanaşı, balaca "iştirakçılar" da az deyildilər.

Əksəriyyəti şahzadələr olan balacaların siyahısını təqdim edirik:

1. 5 yaşlı şahzadə Corc və 3 yaşlı şahzadə Şarlotta - şahzadə Uilyam və Keyt Midlltonun övladları

2. 6 yaşlı Teodora Uilyams - müğənni və bəstəkar Robbi Uilyams və Ayda Fildin qızı

3. Şahzadələr Savanna (7 yaş) və İsla (5 yaş) Filipslər - şahzadə Peter Filips və hersoginya Autmnın övladları