Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı


Digərləri 13 Okt 2018 12:24:00 250 0

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı

Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin ediblər.

Son.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Trend-ə verilən məlumata görə, qurumun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, "WDD2130041A514487" şassi nömrəli, "MDS 5062" qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.


Xəbərə aid fotolar