Amerikalı keşiş Türkiyə ilə belə vidalaşdı: "Bu ölkəni daima sevəcəyəm"


Dünya 13 Okt 2018 10:54:00 254 0

Amerikalı keşiş Türkiyə ilə belə vidalaşdı: "Bu ölkəni daima sevəcəyəm"

Ötən gün İzmir Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün şərti cəza verilməsi barədə qərar qəbul edilib. Həmin qərara görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa biləcək.

Son.az haberler-ə istinadən xəbər verir ki, o, xanımı Norin Bransonla birlikdə Türkiyə ilə vidalaşıb.

Əvvəl Almaniya, ordan da ABŞ-a gedən keşiş hava limanında İHA-nın müxbirinin suallarını cavablayıb. O, hər şeyə rəğmən Türkiyəni çox bəyəndiyini söyləyib.

"Türkiyəni sevirəm. Həmişə bəyənmişəm və daima da sevəcəyəm".