Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı (FOTO)


Digərləri 13 Okt 2018 10:52:25 314 0

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı (FOTO)

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı.

Almaniyada kirayə verilən avtomobil Azərbaycanda saxlanıldı Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin ediblər. Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Trend-ə bildiriblər ki, qurumun Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mercedes-Benz E 220" markalı avtomobil saxlanılıb. 2018-ci il buraxılışlı, "WDD2130041A514487" şassi nömrəli, "MDS 5062" qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.