Kraliçanın nəvəsinin toyunun


Digərləri 13 Okt 2018 10:09:00 220 0

Kraliçanın nəvəsinin toyunun

Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Son.az "Voice of America"ya istinadən bildirir ki, kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Yevgeniyanın gəlinlik donu Piter Pilotto və Kristofer De Vos tərəfindən hazırlanıb. Donun kürək hissəsi bilərəkdən açıq qoyulub ki, şahzadənin uşaq ikən olduğu əməliyyat nəticəsində yaranan çapıqlar görsənsin. Yevgeniya kilsəyə atası şahzadə Endrü ilə daxil olub.

Nyukasl Universitetinin ingilis ədəbiyyatı və incəsənəti tarixi fakultəsini bitirmiş şahzadə Yevgeniya hazırda Londondakı "Hauser and Wirth" müasir sənət qalereyasının direrktorudur.

Şahzadənin valideynləri - York hersoqu, şahzadə Endryu və hersoginya Sara Farqüsson 22 il əvvəl boşansalar da, normal münasibətlərdədir.

Cek Bruksbenk isə aktyor, Hollivud ulduzu Corc Kluniyə məxsus "Casamigos" şirkətinin brend-meneceridir.

Şahzadə Yevgeniya ilə Cek 2010-cu ildə İsveçrədəki Verbye kurortunda tanış olublar, elə ilk baxışdaca bir-birlərinə vurulublar.

Bukinhemdəki nüfuzlu, təhsil haqqının çox bahalı olduğu Stou məktəbini bitirmiş C.Bruksbenk pablar şəbəkəsi yaratmaq niyyətindədir.

Şahzadə Yevgeniya və Cek Brunksbenk hazırda Kensinqton Sarayında yaşayırlar.

Şahzadə Harri və Meqan Marklın toyunda olduğu kimi, şahzadə Yevgeniya və Cek Bruksbenkin toyu ilə bağlı bütün məsrəflər kraliçanın hesabından ödənib.

Hesablamalara görə, kraliça 2-ci Yelizaveta və şahzadə Yevgeniyanın valideynləri toyun, sadəcə, mühafizəsinə ən azı 2 milyon funt-sterlinq ayırıblar.

Lakin bu gün bəlli olub ki, mühafizəyə dövlət büdcəsindən də 2 milyon funt ayrılıb və bu, britaniyalıları çox sinirləndirib.


Xəbərə aid video