Yaponiyada evin damına meteorit qalıqları düşüb


Digərləri 13 Okt 2018 09:08:00 241 0

Yaponiyada evin damına meteorit qalıqları düşüb

Yaponiyanın Ayti prefekturasının Komaki şəhərindəki yaşayış evinin üstünə meteorit qırıntıları düşüb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə vaxtı binanın içində olan sakinlər güclü zərbə səsi eşidiblər. Sonra isə evin yanında 10, 5 və 4 santimetr olan üç daş tapıblar. Daşlar ekspertizaya göndərilib. Mütəxəssislər belə qənaətə gəliblər ki, bunlar meteorit parçalarıdır. Onlar maqnit xüsusiyyətlərinə malikdir və metal əşyaları cəlb edirlər.