Nigeriyada 800dən artıq uşaq "Boko Haram"ın girovluğundan azad edilib


Dünya 13 Okt 2018 08:48:00 224 0

Nigeriyada 800dən artıq uşaq "Boko Haram"ın girovluğundan azad edilib

Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının girovluğundan 833 uşaq azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu barədə BMT-nin uşaq fondunun (UNICEF) saytında məlumat verilir.

Bildirilir ki, uşaqları "Birgə məqsədli vətəndaş qrupu" azad edib. "Birgə məqsədli vətəndaş qrupu" ötən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb.