Cənub Aşağı Kaliforniyada fövqəladə vəziyyət elan edilib


Dünya 13 Okt 2018 08:20:00 216 0

Cənub Aşağı Kaliforniyada fövqəladə vəziyyət elan edilib

Meksikanın Daxili İşlər Nazirliyi ölkənin Cənub Aşağı Kaliforniya ştatında "Serxio" tropik fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Mülki Müdafiə Xidməti xəbər verir.

Məlumata əsasən, fövqəladə vəziyyət rejimi Komondu, Loreto və Meloqe bələdiyyələrində tətbiq edilib.