Bakı Zooloji Parkı qışa necə hazırlaşıb?


Digərləri 13 Okt 2018 08:00:00 236 0

Bakı Zooloji Parkı qışa necə hazırlaşıb?

Bakı Zooloji Parkında qışa hazırlıq işləri yekunlaşıb.

Bakı. Ceyhun Ələkbərov - Bakı Zooloji Parkında qışa hazırlıq işləri yekunlaşıb. Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zooparkda yonca, arpa və buğdadan yem tədarükü görülüb. Direktor həmçinin bildirib ki, zooparkın istilik sistemi mütəxəssislər tərəfindən yoxlanılıb və saz vəziyyətə gətirilib: "Soyuğa dözümü olmayan bütün heyvanların, əsasən də timsahın qəfəsində isti döşəmə, meymunların, tutuquşuların və ilanların qaldığı yerlərdə istilik sistemi tam hazır vəziyyətdədir”.