Yanan, yoxsa yaman rentor?


Digərləri 12 Okt 2018 23:24:00 249 0

Yanan, yoxsa yaman rentor?

Ekspertlər deyir ki, bu sahə ilə bağlı normativ sənəd qəbul olunarsa, boşluqlar aradan qalxacaq 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Ötən il mənzil alarkən yaxınlarımız  rentorla məsləhətləşməyi tövsiyə etdilər. Dediklərinə görə, onlar qiymətləri daha münasib qiymətə endirirlər. Biz də elə onların vasitəsilə rentorla əlaqə saxladıq. O, bizə fərqli qiymətə bir neçə mənzil göstərdi və nəhayət mənzillərdən birini seçdik. Rentor bizə mənzilin qiymətinin 70 min manat olduğunu söylədi. Mənzili alandan bir müddət sonra bilmişik ki, sən demə aldığımız evin qiyməti heç də 70 min manat deyilmiş. Evin sahibi mənzili satışa çıxararkən 62 min manat qiymət təyin edib. Rentor isə bizə mənzili öz qiymətindən 8 min manat baha satıb". 

Bu sözləri bizimlə söhbətində Rauf Əliyev söylədi. Təəssüf ki, bu kiçik bir nümunədir. Bütün sahələrdə olduğu kimi mənzil bazarında da müəyyən problemlərin olduğu heç kimə sirr deyil. Rentorların mənzillərin  qiymətlərini həddən artıq baha etməsi artıq bir növ "dəb" halını alıb.  Bəs görəsən alıcı ilə satıcı arasındakı münasibətlər necə tənzimlənməlidir ki, belə neqativ hallar yaşanmasın? Rentorların bu sahədəki özbaşınalığına necə son qoymaq olar?