Görmə problemi ilə üzləşən məşhur rəssamlar


Digərləri 12 Okt 2018 23:10:00 262 0

Görmə problemi ilə üzləşən məşhur rəssamlar

Dünya təsviri incəsənətində yeni cığırlar açan bəzi məşhur rəssamlar görmə pozğunluğu ilə üzləşib. Məsələn, Vinsent Van Qoqun kölgəli işıqları, Pablo Pikassonun əyri simaları, Klod Monenin dumanlı tabloları onların gözlərindəki xəstəliklərlə əlaqələndirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, amerikalı oftalmoloqların son dövrlərdə apardıqları araşdırmalar bunu deməyə əsas verir.

Klod Mone və Van Qoq kataraktadan, Pablo Pikasso isə miqrendən əziyyət çəkib. Katarakta xəstəliyi adətən görmə qabiliyyətini ya kəskin azaldır, ya da bulanıq effekt yaradır. Klod Mone sağlığında rəngləri ayırmaqda çətinlik çəkdiyindən və rəsmlərin get-gedə daha qaranlıq olduğundan gileylənirmiş. Hətta rəngləri aydın görmədiyi üçün onlardan qutuların üzərinə yazılmış adlara uyğun istifadə edirmiş. On il kataraktadan əziyyət çəkən rəssam, nəhayət ki, 1923-cü ildə göz əməliyyatı keçirib. Bundan sonra onun tabloları yenə əvvəlki rəsmlərə bənzəməyə başlayıb.

Van Qoqun bəzi tablolarını diqqətlə nəzərdən keçirdikdə getdikcə mavi rəngin azalması və sarı rəngin çoxalması müşahidə olunur. İşıq nöqtələrinin ətrafı isə qəribə dalğavarı xətlərlə əhatələnir. Bu cür görmə halları yaşla əlaqədar yaranan katarakta xəstələrində də var.


Xəbərə aid fotolar