Nigeriyada 800dən çox uşaq terrorçuların girovluğundan azad edilib


Dünya 12 Okt 2018 23:05:00 280 0

Nigeriyada 800dən çox uşaq terrorçuların girovluğundan azad edilib

Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaq fondu UNİCEF-in saytında bildirilib.

Məlumata görə, buna "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) nail olub. Qurum keçən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb.