Taylandda polis basqını zamanı 500dən artıq xarici vətəndaş saxlanılıb


Dünya 12 Okt 2018 22:28:00 363 0

Taylandda polis basqını zamanı 500dən artıq xarici vətəndaş saxlanılıb

Taylandda ölkənin qanunlarını pozan xarici vətəndaşlara qarşı polis tərəfindən keçirilən "Rentgen" əməliyyatı zamanı 500-dən artıq xarici vətəndaş saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, saxlanılan 528 nəfər əsasən Hindistan, Pakistan, Yeni Qvineya və Mali vətəndaşlarıdır. Onlar Banqkokun 307 nöqtəsində və ölkənin digər əyalətlərində saxlanılıblar.

Saxlanılanlardan 114 nəfəri viza vaxtının qurtarmasına və ya vizasız ölkəyə girişə görə, 172-si qeyri-qanuni yolla ölkəyə girişə görə, digərləsi isə az əhəmiyyətli hüquq pozuntularına görə saxlanılıblar.