Hazırda klipi əsasən fotoqraflar çəkirlər Görgötür FOTO


Digərləri 12 Okt 2018 22:32:00 324 0

Hazırda klipi əsasən fotoqraflar çəkirlər  Görgötür  FOTO

Elnaz Əbluc: "Zəif işlə gözdən düşmək istəmirəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Atam sağlığında deyərdi ki, Elnaz, mənə görə qapılar sənin üçün açıqdır. Hara getsən, işə götürəcəklər, amma istəmərəm ki, səni yola versinlər. Deməsinlər ki, Əblucun qızıdır, yola verin gününü işdə keçirsin". Bu sözləri bizimlə söhbətində rejissor, tanınmış sənət adamı mərhum Həsən Əblucun qızı Elnaz Əbluc dedi. Atası qızına həmişə lazımlı işçi olmağı məsləhət görürmüş və zamanla o da bu cür kadr olmağa çalışıb. "Gör-götür" rubrikamızda yola verməyi sevməyən, işdə nə isə xırda problem olanda, gecə gözünə yuxu getməyən Elnaz xanımla həmsöhbət olduq.   - Atanız Həsən Əblucun sənətinin bir qolunu - rejissorluğu davam etdirirsiniz. Amma əvvəllər heç də bu sahəyə gəlmək istəmədiyinizi demisiniz. Kənardan necə bir sənət kimi görünürdü ki?

- Onda çox gənc idim. Yəqin ki, özümü tapmaq istəyirdim. Televiziya onda mənim üçün maraqsız idi. Mən o vaxt instituta gündüz növbəsinə qəbul olmuşdum. Sonra atam gəlib dedi ki, qiyabidə oxuyan bir oğlan xahiş edib ki, onu gündüz növbəsinə keçirək. Mənim yerimi dəyişdilər və qiyabi təhsil almağa başladım. Həmin il artıq işləmək lazım idi. Mən də Gənclər Teatrında çalışmağa başladım, həm də oxuyurdum. Mən 9-10-cu siniflərdə foto-reportyor olmaq istəyirdim. O vaxt bizdə hələ bu sahə aktual deyildi, xaricdə var idi. Nənəm həkim olmağımı istəyirdi, atam isə axıra kimi deyirdi ki, montaj daha maraqlıdır. Deyirdim ki, onu demə, televiziyanın adını çəkmə.   Jurnalist Mailə Muradxanlı ilə uşaqlıqdan ailəvi dost olmuşuq. Atam rəhmətə gedəndən sonra Mailə xanım dedi ki, Elnaz özünü radioda sınasın, alınarsa, sonra televiziyaya gəlsin. Bəlkə heç bacarmayacaq. Yəni, tanışlıqla işə düzəltmirdi, sadəcə, istiqamət verirdi. Bunu heç mən də istəməzdim. Atam sağlığında deyərdi ki, Elnaz, mənə görə qapılar sənin üçün açıqdır, hara getsən işə götürəcəklər, amma istəmərəm ki, səni yola versinlər. Deməsinlər ki, Əblucun qızıdır, yola verin gününü işdə keçirsin. Deyirdi ki, lazımlı işçi ol. Mən elə böyümüşəm ki, lazımlı olum.   Atam rəhmətə gedəndən sonra elə oldu ki, özüm televiziyaya reportyor kimi düşdüm. Rus dilində yayımlanan "Ден" proqramında işlədim. Reportajlara gedirdim. Ştatdan kənarları daha çox işlədirdilər, bəzən gündə iki reportaj edirdim. Mailə xanım gördü ki, mən 7 aydır çalışıram və süjetlər hazırlayıram. Dedi ki, Elnaz, gəl, sən bacarırsan, süjetlər hazırlayırsan. Sonra "İncəsənət" verilişində işlədim, orda süjetlər hazırladım. Müəyyən müddət keçdikdən sonra öz verilişimi açdım. Əvvəl jurnalist-aparıcı idim, verilişlərimdə rejissor olurdu. Sonuncu rejissorum Aqil M Quliyev idi. O bir dəfə çəkilişə gəlmədi, dedi ki, özün rejissor kimi getmə, səndə alınmayacaq. Dedim ki, alınacaq. Pantomim Teatrı haqqında veriliş çəkdim, montajını da etdim. Televiziyanın Qızıl Fonduna belə düşdü. Aqil verilişə baxdı, bəyəndi.

- Yəni, artıq rejissor kimi başladınız...

- Azərbaycan Dövlət Televiziyasında rejissor kimi çalışmaq üçün sən orda 10 il rejissor assistenti kimi işləməliydin. Mən orda rejissor deyil, aparıcı jurnalist kimi ştatda idim. Sonra dediyim verilişi özüm sıfırdan çəkdim, montajını da etdim. Adım rejissor yazıldı. Bu işləri ABA kanalı açılanda ora göndərdik və bir aydan sonra məni işə dəvət etdilər, həm rejissor, həm aparıcı, həm də ssenarist kimi.   - İş cəhətdən aktivsiniz, amma kənardan sakit görünürsünüz, hərəkətli, işdə dinamik bir təəssürat yaratmırsınız...

- Çox hərəkətli, dinamik adamam. Atam çox dinamik idi, mən də ona oxşamışam. Atam səhər saat 6-da yuxudan durub gedib çörək növbəsinə durardı. Bəlkə də qonşulara da çörək alardı. Qayıdanda mənə deyirdi ki, mən bazara getdim-gəldim, amma sən hələ də yatırsan. Çox işləri atam həll etdiyi üçün məktəbdə oxuyanda bir az passiv idim. Bir də danışmaq cəhətdən passiv idim, söz deməyə utanırdım, fikirləşirdim ki, söz deyərlər cavab verə bilmərəm. O vaxt Az.TV-də bir yerdə çalışdıqlarımız sonralar deyirdilər ki, sən otağa girəndə başını salırdın aşağı, "salam"ını da eşitmirdik. Amma indi həm hərəkətli, dinamik adamam, həm də çox danışan olmuşam (Gülür).

- İnsan özü sevmədiyi bir sahəyə gələndə, xüsusilə bu yaradıcı istiqamətdirsə, yarı yolda qoya bilir. Amma siz sonra bu sahədə də davam etdiniz...

- İşin içinə düşəndən sonra montajı çox sevdim. Məcburən işləsəydim, 1-2 il sonra bu sahəni tərk edərdim. Amma başqa problemlərə görə hərdən sənəti dəyişmək istəyi də olur. Bir neçə il öncə şirkətlərə başqa istiqamətli iş üçün CV göndərmişəm, baxıb deyirdilər ki, siz 15 illik sənətə xətt çəkmək istəyirsiniz? Demişəm ki, bəli. Şirkətlərdə PR menecer və. s bu tipli iş olsa gedərdim.   - Fikir vermişəm ki, çox məsuliyyət tələb edən işləri sizə həvalə edirlər. Sizcə, niyə belədir?

- Mən gördüyüm işlərdə bütün prosesə nəzarət edirəm. Həmişə montajçının yanında olmuşam. "Montajçı yığsın, axırda baxaram" kimi işləməmişəm. İndiyə qədər çəkdiyim kliplərdə məndən narazı qalan olmayıb. Həm öz yaradıcılığımı ortaya qoyurdum, həm də müştərinin istədiyini tutmağa çalışırdım. İş hazır olurdu, amma bilirdim ki, montajda nə isə xırda səhv var, gecə gözümə yuxu getmirdi ki, sabah açılsaydı, gedib onu düzəldərdik. İşdə nə isə səhv gedəndə ürəyimə salıram, əsəbiləşirəm, yata bilmirəm. Belə olanda yanımdakılar deyirdilər ki, heç o adam sən dediyin problemi görmür. Deyirdim yox, onu düzəltmək lazımdır. Bunu mən özüm qəbul etmirəm. Demirəm ki, mənim bütün işlərim mükəmməldir, səhv tapa bilərlər. O səhv efirə gedəndə mənə çox pis təsir edir. Çalışıram ki, efirə səhv getməsin.

- Belə hallar olubmu?


Xəbərə aid fotolar