Taylandda polis basqını zamanı 500-dən artıq xarici vətəndaş saxlanılıb


Digərləri 12 Okt 2018 22:19:00 226 0

Taylandda polis basqını zamanı 500-dən artıq xarici vətəndaş saxlanılıb

Taylandda ölkənin qanunlarını pozan xarici vətəndaşlara qarşı polis tərəfindən keçirilən "Rentgen" əməliyyatı zamanı 500-dən artıq xarici vətəndaş saxlanılıb

Bakı. Taylandda ölkənin qanunlarını pozan xarici vətəndaşlara qarşı polis tərəfindən keçirilən "Rentgen" əməliyyatı zamanı 500-dən artıq xarici vətəndaş saxlanılıb. Trend-in məlumatına görə, saxlanılan 528 nəfər əsasən Hindistan, Pakistan, Yeni Qvineya və Mali vətəndaşlarıdır. Onlar Banqkokun 307 nöqtəsində və ölkənin digər əyalətlərində saxlanılıblar.