Xanımı ilə foto paylaşıb, üzünü bağlayan məşhurlar FOTO


Şou-biznes 12 Okt 2018 21:38:00 324 0

Xanımı ilə foto paylaşıb, üzünü bağlayan məşhurlar  FOTO

Şou-biznesdə kişi məşhurları arasında son vaxtlar yeni dəb yaranıb. Onların əksəriyyəti həyat yoldaşları ilə fotolarını paylaşıblar. Amma üzünü müxtəlif işarələrlə bağlayıblar.

Son.az axşam.az-a istinadən bildirir ki, onların bu hərəkəti sosial şəbəkələrdə dəfələrlə müzakirə edilib və tənqid olunub. Bu addımın həyat yoldaşına qarşı hörmətsizlik olduğu vurğulanıb.

Əməkdar artist Abbas Bağırov bu gün həyat yoldaşı ilə fotosunu yayımlayıb. Sənətçi şəklin arxadan çəkilən formasını, üzün görsənmədiyini seçib. Abbas yazılacaq tənqidlərin qarşısını almaq üçün şərh bölümünü bağlasa da, foto digər sosial şəbəkədə səhifələrdə paylaşılıb. 

Müğənni Tunar Rəhmanoğlunun toyunda gəlinlə birlikdə şəkillər dəfələrlə paylaşılıb və müzakirələrə səbəb olub. Tunar daha sonra öz və müğənni bacısı Günel Zeynalovanın da səhifəsindən görüntüləri sildirib. Daha sonra Tunar bal ayında çəkdirdiyi fotonu İnstaqramda paylaşıb və həyat yoldaşının üzünü bağlayıb. 


Xəbərə aid fotolar