Ərəbistan Trampı çətin duruma saldı:


Dünya 12 Okt 2018 19:52:00 253 0

Ərəbistan Trampı çətin duruma saldı:

Səudiyyə Ərəbistanı müttəfiqi ABŞ Prezidenti Donald Trampı çətin vəziyyətə saldı.

Son.az Axar.az-a isinadən xəbər verir ki, bu sözləri ABŞ Senatının Qaşıqçı olayından dolayı Səudiyyəyə sanksiya tələbi haqda danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Səudiyyənin Qaşıqçını öldürməklə Konqres və ABŞ mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu verdiyini düşünür:

"Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı. Bu sazişə görə, Səudiyyə 10 il ərzində ABŞ-dan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o, Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inansa da, Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan onminlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Ancaq Konqresdə Trampın rəqibləri və ABŞ mediası jurnalistin qətli ilə bağlı Trampa təzyiqi artıracaqlar və Səudiyyəyə qarşı sanksiya tətbiq etməyi istəyəcəklər. Bir sözlə, Səudiyyə bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı".