Bu il 3825 sanator-kurort putyovkası verilib


Digərləri 12 Okt 2018 19:18:38 189 0

Bu il 3825 sanator-kurort putyovkası verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ərzində 3825 sanator-kurort putyovkası verilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ərzində 3825 sanator-kurort putyovkası verilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, sanator-kurort putyovkaları Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, ƏƏSMN yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.