Deputat: "Zamirə Hacıyevanın Britaniyada müsadirə olunan sərvəti Azərbaycana qaytarılmalıdır"


Digərləri 12 Okt 2018 17:40:00 279 0

Deputat: "Zamirə Hacıyevanın Britaniyada müsadirə olunan sərvəti Azərbaycana qaytarılmalıdır"

Hüquqi məntiq Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyada müsadirə olunan milyonlarla sərvətinin Azərbaycan dövlətinə qaytarılmasını deyir.

Son.az bildirir ki, bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev deyib ki, bu istiqamətdə məhkəmə işi davam edir: "Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları da Britaniya tərəfinə müraciət etməli, həmin maliyyə vəsaitinin dövlət bankından mənimsənilməsi ilə bağlı dəlillər varsa, Britaniya məhkəməsinə təqdim etməlidir".

Deputat vurğulayıb ki, məhkəmə işi başa çatdıqdan sonra Azərbaycan dövləti həmin vəsaitin geri qaytarılması üçün müraciət etməlidir.