Yevgeni Mixaylov: "Hakopyanın fəaliyyəti axmaqlıq deyilsə, tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır"


Dünya 12 Okt 2018 17:20:00 297 0

Yevgeni Mixaylov: "Hakopyanın fəaliyyəti axmaqlıq deyilsə, tərəfləri sülhə yaxınlaşdırmayan təxribatdır"

Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri davam etdirir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesinə mane olmaq cəhdlərini dayandırmır.

Son.az Trend-ə istinadən xəbər verir ki, məlum olduğu kimi, bir müddət əvvəl Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın təşəbbüsü ilə Ermənistan tərəfi "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində Dağlıq Qarabağa səfər etmişdi.

Bu addım Rusiya ekspert ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.

Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov bu məsələni şərh edərkən A.Hakopyanın təşəbüsünü məntiqdən kənar adlandırıb.

Y.Mixaylovun sözlərinə görə, Ermənistan tərəfinin bu səfərə niyə Azərbaycan yox, Rusiya nümayəndə heyətini qəbul etdiyi barədə sual yaranır: