Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb


Digərləri 12 Okt 2018 16:49:36 272 0

Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürülüb

Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb. Trend-in xəbərinə görə, parlamentin bugünkü iclasında çıxış edən deputat bildirib ki, hakimiyyətin əksər strukturları öz medalını təsis edir, amma Milli Məclisin özünün təsis etdiyi medal yoxdur: “Milli Məclisin xatirə medalı var, lakin onun daşınması mümkün deyil. Milli Məclisin 100 illiyi hər gün olmur. 10-30 il parlament üzvü olan insanlar var. Niyə bu insanlar medallarla təsis edilməsin? Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik. Beə medal təsis edilsə, onu gələn qonaqlara da təqdim etmək olar”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin