BANMda Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu


Digərləri 12 Okt 2018 16:40:00 339 0

BANMda Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "TwentyEighty Strategy Execution" (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni "M4" qrupunun açılış mərasimi keçirilib.

Son.az xəbər verir ki, açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, BP-də 20 ildən çox təcrübəsi olan, informasiya texnologiya və xidmətləri üzrə layihələrin qrup rəhbəri, eyni zamanda Layihə İdarəetmə Məktəbinin müəllimi Faiq Nəsibov və M4 qrupunun tələbələri iştirak ediblər.

Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.

Ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.