Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların Ermənistandakı öz ata-baba torpaqlarından deportasiyası məsələsini qaldırıb (FOTO)


Digərləri 12 Okt 2018 15:43:00 41 0

Qənirə Paşayeva AŞPA-da azərbaycanlıların Ermənistandakı öz ata-baba torpaqlarından deportasiyası məsələsini qaldırıb (FOTO)

Qənirə Paşayeva bu gün AŞ PA-da azərbaycanlıların bugünki Ermənistandan, öz ata-baba torpaqlarından 1948 və 1988-ci illərdəki deportasiyası məsələsini qaldırıb.

Bakı. Millət vəkili, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞ PA-da azərbaycanlıların bugünki Ermənistandan, öz ata-baba torpaqlarından 1948 və 1988-ci illərdəki deportasiyası məsələsini qaldırıb. Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla Azərbaycandan alınaraq Ermənistana verilməsinin bu il 100 ili tamam olur. Millət vəkilinin sözlərinə görə, XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus araşdırıcısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabda göstərirdi ki, XX yüzilliyin əvvəllərində Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqaza ruslar tərəfindən köçürülüb 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir: "Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv etmiş, yer adlarını dəyişmişlər. Əziz dostlar, biz bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimayyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu. Əziz dostlar, mən böyük qəlb ağrısı isə qeyd etməliyəm ki, 1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları öz evlərindən zorla qovdu. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər". Q.Paşayeva qeyd edib ki, bu günə qədər də on minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməsi haqları Ermənistan tərəfindən tanınmır: "Mən təşkilatımızı bu məsələləri də gündəmdə saxlamağa və o insanların səslərini duymağa çağırıram. Onlar sizi pozulan haqlarının müdafiəsi istiqamətində dəstək olmağa çağırırlar. Əziz dostlar, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları bu ölkədən, tarixi ata-baba yurdlarından qovmaqla dayanmadı, azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələri, qəbirstanlıqları dağıtdı. Buna səssiz qalmamalısınız.” Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Hamilə Simpson dekoltesi ilə diqqət çəkdi like
  • 12 Okt 15:36  
Digərləri Hamilə Simpson dekoltesi ilə diqqət çəkdi

Məşhur ulduz Cessika Simpson qatıldığı tədbirlərdən birində üçüncü

arrow Ətraflı
Ana supermarketdə oğlunu 1 yumruqla yerə sərdi  VİDEO like
  • 12 Okt 15:32  
Digərləri Ana supermarketdə oğlunu 1 yumruqla yerə sərdi VİDEO

Oğlum bilməliydi ki, anasını qorxudanda belə olacaq

arrow Ətraflı
"Mən bunlarla nə edim?" like
  • 12 Okt 15:27  
Şou-biznes "Mən bunlarla nə edim?"

Müğənni-bəstəkar Murad Arifin "Dondurma" mahnısı özbək ifaç

arrow Ətraflı
Bakıda restoran sahibini hədələyərək pul tələb edənlərin məhkəməsi başladı like
  • 12 Okt 15:26  
Digərləri Bakıda restoran sahibini hədələyərək pul tələb edənlərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkd

arrow Ətraflı
İranda 1114 yaşlı 650 qız ərə verilib like
  • 12 Okt 15:23  
Dünya İranda 1114 yaşlı 650 qız ərə verilib

İranın Şimali Xorasan vilayətində bu ilin ilk 6 ayı ərzində 11-14 yaş a

arrow Ətraflı
FIFA Dominikan Futbol Federasiyasının prezidentinə ağır cəza verdi like
  • 12 Okt 15:21  
İdman FIFA Dominikan Futbol Federasiyasının prezidentinə ağır cəza verdi

FIFA Dominikan Futbol Federasiyasının prezidenti Osiris Quzmana ağır cəza v

arrow Ətraflı
Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb like
  • 12 Okt 15:19  
Digərləri Sahil Babayev Şabranda 5 rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda

arrow Ətraflı
Azərbayan Monqolustana ixrac missiyası göndərdi like
  • 12 Okt 15:18  
Digərləri Azərbayan Monqolustana ixrac missiyası göndərdi

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) xətti

arrow Ətraflı
Türkiyə səfirliyinin rəsmisi Tərcümə Mərkəzində olub like
  • 12 Okt 15:11  
Digərləri Türkiyə səfirliyinin rəsmisi Tərcümə Mərkəzində olub

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri

arrow Ətraflı
Castin Biber hönkürhönkür ağladı  FOTO like
  • 12 Okt 15:09  
Digərləri Castin Biber hönkürhönkür ağladı FOTO

Keçmiş sevgilisi Selena Qomezin xəstəxanaya yerləşdirildiyini eşidən Cas

arrow Ətraflı
Azərbayan Monqolustana ixrac missiyası göndərdi like
  • 12 Okt 15:06  
Digərləri Azərbayan Monqolustana ixrac missiyası göndərdi

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) xətti

arrow Ətraflı
Azərbaycan Beynəlxalq Bankından dəmiryolu işçilərinə özəl kredit kampaniyası! like
  • 12 Okt 15:05  
Digərləri Azərbaycan Beynəlxalq Bankından dəmiryolu işçilərinə özəl kredit kampaniyası!

Azərbaycan Beynəlxalq Bankı 13  Oktyabr Dəmiryolu İşçilərinin Peşə Ba

arrow Ətraflı
Əbülfəs Qarayev: "Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir" like
  • 12 Okt 14:57  
Digərləri Əbülfəs Qarayev: "Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir"

Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəklə

arrow Ətraflı
Ərdoğan: Türkiyə tezliklə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayacaq like
  • 12 Okt 14:57  
Digərləri Ərdoğan: Türkiyə tezliklə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayacaq

Türkiyə tezliklə Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayac

arrow Ətraflı