Badamdarda yeni sürüşmə zonasından son FOTOLAR


Digərləri 12 Okt 2018 13:50:00 277 0

Badamdarda yeni sürüşmə zonasından son FOTOLAR

Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Bakı. Samir Əli - Bakıda Badamdar - 20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb. Eyni zamanda, 2013-cü ildə tikilən istinad divarında deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var. Sürüşmə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti dayandırılıb.