Azərbaycana qanunsuz siqaret və mobil telefonlar keçirilməsinin qarşısı alındı VİDEO FOTO


Digərləri 12 Okt 2018 12:44:00 279 0

Azərbaycana qanunsuz siqaret və mobil telefonlar keçirilməsinin qarşısı alındı  VİDEO  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

DGK-dan Son.az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2180 ədəd "Kent" markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "Mİ A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar