Stadiona çıxan it dünyaca məşhurlaşdı VİDEO


Digərləri 12 Okt 2018 12:12:00 353 0

Stadiona çıxan it dünyaca məşhurlaşdı  VİDEO

Gürcüstanın futbol üzrə Milli Liqasında Qorinin "Dila" və Kutaisinin "Torpedo" klubları arasındakı matç uzun müddət yaddan çıxası deyil.

Qarşılaşmanın 69-cu dəqiqəsində meydana qara köpək çıxıb.

Qori şəhərindəki mədəniyyət və istirahət parkında yaşayan bu evsiz köpəyin bir yaşı var. "Dila"nın futbolçuları və stadionun mühafizəçisi onu yemləyirlər.

Matç zamanı it əvvəlcə "Torpedo"nun müdafiəçisi Mamuka Kobahidzeyə tərəf qaçıb, sonra meydanda ora-bura qaçaraq futbolçularla oynamağa çalışıb.

Şən köpəyi yalnız "Torpedo"nun və Gürcüstan yığmasının qokliperi Roin Kvasxvadze sakitləşdirə bilib.