Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır


Digərləri 12 Okt 2018 12:03:00 271 0

Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

Kapital Bank 11-13 oktyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ("Education 2018")  rəsmi tərəfdaşıdır. Sərgi "Uşaqların gələcəyinə sərmayə" devizi altında keçirilir.

Tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin "Azərbaycan üçün öyrət" proqramı çərçivəsində keçirilən "Təhsil Avtobusu - 2018" layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevaya təqdim edildi. 

Sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edir. Beynəlxalq Təhsil Sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.