Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb


Digərləri 12 Okt 2018 11:50:00 302 0

Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb

Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı. Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək yığmalarımızın heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, oktyabrın 20-23-ü aralığında sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Pərviz İbrahimov (61 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Abubakr Abakarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mundialda qüvvəsini sınayacaq. Ayın 22-dən 25-dək xalça üzərinə qadın güləşçilər çıxacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun məsul yarışda şans verəcəyi heyətdə Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq.