İstintaq təcridxanasına şorun içində psixotrop maddə keçirilməsinin qarşısı alınıb


Digərləri 12 Okt 2018 10:29:00 212 0

İstintaq təcridxanasına şorun içində psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bakı. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Həsənov Salman Yaşar oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman plastik qabın içərisində olan şora əzilərək qatılmış 5,314 qram “Tramadol” dərman preparatı aşkar olunub.