Faiq Qarayev millidə karyerasını başa vurub


Digərləri 12 Okt 2018 08:38:08 262 0

Faiq Qarayev millidə karyerasını başa vurub

Azərbaycan voleybolunu yüksəklərə qaldıran təcrübəli Faiq Qarayev məşqçilik karyerasını başa vurub

Bakı. Tural Turan - Azərbaycan voleybolunu yüksəklərə qaldıran təcrübəli Faiq Qarayev məşqçilik karyerasını başa vurub. Trend-in məlumatına görə, bu addım 59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə bağlıdır. Millimizi 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara daşıyan çalışdırıcı Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti işini davam etdirəcək.