Salyanda yanğın baş verib


Digərləri 12 Okt 2018 07:55:00 261 0

Salyanda yanğın baş verib

Salyanda Yeni Uluxanlı kəndində yanğlın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 200 m2 olan talvarın taxta atmaları 100 m2 sahədə və talvarın altına yığılmış 30 ton ot bağlamasının 10 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.