İmişlidə 76 yaşlı şəkər xəstəsi çarpayıdan yıxılıb öldü


Digərləri 12 Okt 2018 07:08:33 227 0

İmişlidə 76 yaşlı şəkər xəstəsi çarpayıdan yıxılıb öldü

İmişli rayonunda qadın evində yıxılaraq ölüb.

Bakı. Samir Əli - İmişli rayonunda qadın evində yıxılaraq ölüb. Trend-in məlumatına görə, İmişli rayon sakini, 1942-ci il təvəllüdlü Cabbarova Leyla Sərkər qızı yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. Yaxınları xəstəni İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. L.Cabbarova xəstəxanada dünyasını dəyişib.