"Bizim razılığımız olmadan heç nə edə bilməzlər" –


Dünya 11 Okt 2018 23:07:00 355 0

"Bizim razılığımız olmadan heç nə edə bilməzlər" –

Cənubi Koreya rəhbərliyi Birləşmiş Ştatların razılığı olmadan heç bir addım atmır

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Cənubi Koreya ABŞ-ın razılığı olmadan Şimali Koreyaya qarşı tətbiq olunmadan ləğv oluna bilməz.

Trampın sözlərinə görə, : "Onlar bizim razılığımız olmadan bunu edə bilməzlər".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun Şimali Koreya lideri Kim Çen Inla görüşü ABŞ Konqresinə keçirilən seçkilərdən sonra baş tutacaq.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, Kim Çen Inla noyabrın 6-dan sonra görüşəcək. Tramp, həmçinin əlavə edib ki, hazırda ABŞ-ı tərk edə bilməz.

Qeyd edək ki, ötən həftə sonu ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya lideri Kim Çen In görüşərək bir sıra ikitərəfli məsələləri müzakirə ediblər. Tərəflər görüşü zamanı iki ölkə arasında yeni sammitin keçirilməsini də müzakirə ediblər.

"Pompeo Kim Çen Inla nahar edib, tərəflər növbəti ABŞ - Şimali Koreya sammitinin keçirilməsi barədə razılığa gəliblər" - deyə məlumatda bildirilir.

ABŞ dövlət katibi və Kim Çen In, həmçinin Yonbendə nüvə obyektinin demontajını, o cümlədən müharibənin bitməsi haqqında bəyannamənin qəbulu məsələlərini də müzakirə ediblər.