“Oğru dünyası”ndakı döymələrin


Digərləri 11 Okt 2018 22:52:00 377 0

“Oğru dünyası”ndakı döymələrin

Döymələr həbsxana həyatının ayrılmaz hissəsidir. Bu döymələrdən məhbusun həyatını da oxumaq olur. Adətən məhbusun bədənindəki döymələr "polis üçün pasport" sayılır.

Son.az publika.az-a istinadən cinayət aləmindəki döymələrin mənasının təqdim edir: Dəniz qulduru: Bu soyunğuçuluğa işarədir. Soyğunçular həmçinin, kəllə və xəncər döymələrindən də istifadə edirlər. Bu döymələr son dövrlər dəbə minib.

Ayı təsviri: Bu seyf oğrularının döyməsidir və ayı ovçusu mənasını verir.

Açarlı pişik: Bu döymə mənzil oğrularına xasdır. Bununla yanaşı, cibgirlərin də özünəməxsus döymələri olur. Onlar adətən tarakan, arı kimi həşarataları seçirlər. Lakin son dövrlər bundan çəkinirlər. Çünki belə döymələr cibgirləri ələ verir.

Barmaqlıqlar, yaxud tikanlı məftillər arasında qızılgül: Belə döymələr azyaşlı vaxtdan həbsxanaya düşən məhbuslara aiddir. Bu, ömrünün ən gözəl günlərinin həbsxanada keçirilməsi mənasını daşıyır.

Qucağında körpə olan Məryəm: Bu, "mənim evim həbsxanadır" mənasını daşıyır. Hazırda məhbuslar arasında dini motivli döymələr məşhurdur. Hətta müsəlman məhbusların da dini döymələrdən istifadə etdiyi deyilir.


Xəbərə aid fotolar